DÜNYA AZƏRBAYCANLILARININ İKİNCİ QURULTAYINA NÜMAYƏNDƏLƏR SEÇİLİR
Assosiasiyanın fevralın 21-də keçirilmiş iclasında qurumun sədri Akif Ağatalıbov qurultayın əhəmiyyətindən, Azərbaycan dövlətinin xaricdəki diaspor təşkilatlarına göstərdiyi diqqət və qayğıdan danışmış, ümummilli lider Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərini xatırlamış, Prezident İlham Əliyevin bu siyasəti layiqincə davam etdirdiyini bildirmişdir.
Daşkənddəki Azərbaycan səfirliyinin birinci katibi İlkin Əhmədov, soydaşlarımızdan Kamil Kərimov, Həmid Hüseynov və başqaları çıxışlarında Azərbaycan diasporunun inkişaf perspektivlərindən danışmış, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan bəhs etmişlər.
Sonda səsvermə yolu ilə qurultaya 17 nəfərdən ibarət nümayəndə heyəti seçilmişdir. Onların arasında tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]