Dünya Bankı və Mərkəzi Bank arasında əməkdaşlıq müzakirə edilib
Bakı, 5 iyun, AZƏRTAC
Mərkəzi Bankın sədri Taleh Kazımov iyunun 5-də Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüş keçirib.
Bankdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus onun yerinə yeni təyin olunmuş xanım Rolande Praysı və Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri xanım Stefani Stolmeysteri təqdim edib. Görüşdə DB-nin Azərbaycandakı mövcud fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb, eyni zamanda, Dünya Bankı və Mərkəzi Bank arasında cari əməkdaşlıq, texniki yardım layihələrinin icra vəziyyəti və gələcək dövr üçün yeni texniki yardım istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]