Dünya çempionatı: Şahmatçılarımız uğurla irəliləyirlər
Bakı, 21 oktyabr, AZƏRTAC
İtaliyada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatında təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 10-cu turda şahmatçımız Gövhər Beydullayeva sloveniyalı Zala Urh ilə qarşılaşacaq. Qızlar arasında yarışan digər təmsilçimiz Ləman Hacıyeva isə polşalı Livia Jarocka ilə mübarizə aparacaq. Oğlanlar arasında Abdulla Qədimbəyli macarıstanlı Adam Kozak, Məhəmməd Muradlı isə israilli Yair Parkhov ilə görüşəcəklər.
Qeyd edək ki, qızların yarışında çempionluğa çox yaxın olan G.Beydullayeva səkkiz xalla liderlik edir. L.Hacıyeva 6,5 xalla altıncı yerdədir. Liderdən (7,5 xal) yarım xal geri qalan A.Qədimbəyli ikinci, altı xalla M.Muradlı isə 19-cu pillədədir.
Qeyd edək ki, dünya çempionatı 11 turdan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]