Dünya çempionu: Növbəti hədəfim Paralimpiya Oyunlarında qızıl medal qazanmaqdır
Bakı, 27 sentyabr, AZƏRTAC
Parataekvondo mundialın proqramına salındıqdan sonra Azərbaycanda bu idman növündə ilk dünya çempionu olmaq qürurvericidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Meksikanın Verakrus ştatında keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov deyib.
70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı Meksikadakı Qran-pri turnirinin də qalibi olduğunu xatırladıb: “Dünya çempionatında dörd görüş keçirdim. Yarımfinal və final qarşılaşmalarında çətinlik çəkdim. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı. Hazırda dünya reytinqində birinci sıradayam”.
O, növbəti hədəfinin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]
Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub
- 01.10.2026 [17:02]
Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb
- 01.10.2026 [16:41]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib
- 01.10.2026 [16:15]