Dünya Güləş Birliyi idmançıların geyimlərində yenilik tətbiq edəcək
Bakı, 29 fevral, AZƏRTAC
Güləş idman növünün modernləşdirilməsi prosesinin davamı olaraq, Dünya Güləş Birliyi idmançıların yarış geyimlərində yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, artıq güləşçilər əvvəlki kimi, göy və qırmızı rəngli standart geyimlərdən deyil, hər bir ölkə federasiyasının özünəməxsus hazırlatdığı, milli rənglərdən istifadə edilmiş güləş geyimlərindən istifadə edə biləcəklər.
Yeni qaydalara əsasən, güləş geyiminin ayaq və kürək hissəsində göy və ya qırmızı zolaq mütləqdir. Güləş geyiminin ön tərəfində - sinədə ölkənin bayrağı və federasiyanın loqosu, arxa tərəfində - kürək hissəsində isə ölkə adının abreviaturası və idmançının soyadı əks olunmalıdır.
Geyimlə bağlı edilmiş dəyişikliklər aprelin 22-24-də Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci dünya təsnifat turnirində və mayın 6-8-də İstanbulda təşkil olunacaq sonuncu dünya təsnifat turnirində ilk dəfə tətbiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]