Dünya Hemofiliya Gününə həsr edilən elmi konfrans keçiriləcək
Bakı, 11 aprel, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı və dəstəyi ilə Dünya Hemofiliya Gününə həsr edilən hemofiliyanın müalicəsinin qlobal standartlara uyğunlaşmasına dair “Eyni imkanlar hamı üçün” adlı elmi konfrans keçiriləcək.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, aprelin 17-də TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Yeni klinika”da keçiriləcək elmi konfransda Azərbaycanın aparıcı mütəxəssisləri tərəfindən hemofiliya və qanın digər laxtalanma problemlərindən əziyyət çəkən vətəndaşların müalicəsinə müasir multidisiplinar yanaşmalar barədə çıxışlar ediləcək.
Qeyd edilib ki, konfrans Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin təşkilatçılığı və “Novo Nordisk” Hemofiliya Fondunun dəstəyi ilə keçiriləcək.
Elmi konfransda iştirak üçün müxtəlif profilli həkim və tibb bacıları 050-587-71-77 (Votsap) və 012-513-15-39 nömrələrinə zəng edərək müraciət edib qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]