Dünya kuboku: Şahmatçımız Xəzər Babazadə dörddəbir finala vəsiqə qazanıb
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycanlı şahmatçıların da iştirak etdiyi yeniyetmələr arasında onlayn dünya kuboku yarışlarının səkkizdəbir final mərhələsinin oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında təşkil olunan turnirin səkkizdəbir final mərhələsində ölkəmizi müxtəlif yaş qruplarında altı şahmatçı təmsil edib.
Təmsilçilərimizdə yalnız Xəzər Babazadə növbəti mərhələyə vəsiqəni təmin edib. Belə ki, hindistanlı rəqibi Aditya Samantı 2:0 hesabı ilə məğlub edən X.Babazadə dörddəbir finala adlayıb.
Digər şahmatçılarımıza gəlincə, 18 yaşadək qızların yarışında Gövhər Beydullayeva vyetnamlı Pham Tranla heç-heçə etdiyi üçün bu gün keçiriləcək tay-brekdə mübarizə aparacaq.
Təmsilçilərimiz Xəqan Əhməd, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva, Cahandar Azadəliyev məğlub olaraq yarışda mübarizəni dayandırıblar.
Qeyd edək ki, rapid üzrə onlayn dünya kuboku yarışlarının final mərhələsi avqustun 31-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]