Dünya şahmatında yeni rekord qeydə alınıb
Bakı, 2 noyabr, AZƏRTAC
Hindistanlı Aniş Sarkar dünyanın ən gənc reytinqli şahmatçısı olub.
AZƏRTAC xəbər verir ki, 3 yaşlı iti zəka sahibi FIDE klassik reytinqini 1555-ə çatdırıb. O, buna Qərbi Benqal Ştatında keçirilmiş U-9 açıq çempionatında 140 iştirakçı arasında 24-cü yeri tutmaqla nail olub.
Bununla da A.Sarkar dünya üzrə 190.000-dən çox aktiv şahmatçı arasında ən gənc reytinqli oyunçu adına sahib çıxıb. Onu bu statistikada banqladeşli Afnan Tayvar Ailan (16 mart 2020-ci il, 1542 xal), çilili Santiaqo Alonso Rubio Soto (19 oktyabr 2020-ci il, 1484 xal) və vyetnamlı Vu Hao Nhien (9 mart 2019-cu il, 1473 xal) izləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]