Dünya Turizm Günündə icma maraqlarına söykənən turizm siyasətinin mahiyyəti müzakirə ediləcəkdir
Bakı, 29 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, bu il 27 sentyabr - Dünya Turizm Gününün mövzusu “Turizm və icma inkişafı” olacaqdır.
AZƏRTAC Dünya Turizm Təşkilatının (DTT) rəsmi saytına istinadla xəbər verir ki, Meksikanın Qvadalaxara şəhərində keçiriləcək rəsmi tədbirlər sırasına nazirlərin, inkişaf sahəsində ekspertlərin, turizm prosesinin əsas nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli “beyin mərkəzi”nin iclası da daxil edilmişdir.
Bu iclasda icma maraqlarına söykənən turizm siyasətinin mahiyyəti davamlı inkişafa imkan yaradan vasitə kimi müzakirə ediləcəkdir.
İclasın moderatoru 2014-cü ildə DTT-nin qlobal media tərəfdaşı olan “CNN İnternational” televiziya kanalının beynəlxalq xəbərlər proqramının aparıcısı Qabriela Frias olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]