Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu sessiyası Özbəkistanda keçiriləcək
Bakı, 20 iyul (AZƏRTAC). Oktyabrın 1-dən 4-dək Özbəkistanın Səmərqənd şəhərində Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının 99-cu sessiyası keçiriləcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, müvafiq tarix tədbirin keçiriləcəyi ölkə ilə razılaşdırma əsasında müəyyən edilib.
Sessiyaya aid bütün məlumatlar DTT-nin saytında yerləşdiriləcək və bu barədə nümayəndələr elektron poçtu vasitəsilə məlumatlandırılacaqlar.
Xatırladaq ki, Azərbaycan DTT-nin İcraiyyə Şurasının üzvlüyünə təşkilatın 2013-cü ilin avqustunda keçirilmiş XX Baş Assambleyasında qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]