Dünya Turizm Təşkilatının “İpək Yolu” işçi qrupunun dördüncü toplantısı keçiriləcəkdir
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 6-dan 8-dək Gürcüstanın paytaxtı Tbilisidə Dünya Turizm Təşkilatının (DTT) “İpək Yolu” işçi qrupunun dördüncü toplantısı keçiriləcəkdir.
AZƏRTAC DTT-nin rəsmi saytına istinadla xəbər verir ki, görüşün məqsədi “İpək Yolu” ölkələrində turizm profilini yüksəltmək, onlar arasında əməkdaşlıq vasitəsilə davamlı və məsuliyyətli turizmi daha da genişləndirməkdir.
Xatırladaq ki, DTT-nin “İpək Yolu” işçi qrupunun üçüncü toplantısı 2013-cü il aprelin 22-23-də Azərbaycanın paytaxtında keçirilmişdir.
Bu ilki tədbirdə Azərbaycan da təmsil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]