Dünyada smartfonlar üçün nəzərdə tutulan ən populyar əlavə “TikTok” olub
Bakı, 5 oktyabr, AZƏRTAC
2020-ci ilin üçüncü kvartalının nəticələrinə əsasən, dünyada smartfonlara yüklənən ən populyar servis qısa videoroliklər üçün nəzərdə tutulan “TikTok” əlavəsi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə smartfon proqramlarının TOP-10 reytinqini tərtib edən “SensorTower” məlumat yayıb.
Çinin hazırladığı və gənclər arasında populyarlıq qazanan TikTok” həm “Google Play”, həm də “App Store” online-mağazalarında ilk pilləni tutub. “Android” istifadəçiləri arasında ikinci və üçüncü yerlərdə “Facebook” sosial şəbəkəsi və “Zoom” video konfransı, “iPhone” və “iPad” istifadəçiləri arasında isə “Zoom” və “YouTube” video hostinqi qərarlaşıb.
Qeyd edək ki, Çinin “ByteDance” kompaniyasına məxsus “TikTok” əlavəsi hazırda ABŞ hakimiyyətinin təzyiqi altındadır. “Oracle” kompaniyası onu almayacağı təqdirdə Birləşmiş Ştatlar ərazisində əlavənin işi əngəllənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]