Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın qlobal problemlərinin Bakıda müzakirə olunması diplomatiyamızın növbəti uğurudur

Dünyanın qlobal problemlərinin Bakıda müzakirə olunması diplomatiyamızın növbəti uğurudur

Bakı, 14 mart, AZƏRTAC

Son günlər Azərbaycan yenə də dünya birliyinin diqqət mərkəzindədir. Artıq dünyanın qlobal problemləri ölkəmizdə müzakirə olunur. Bu, hər bir soydaşımız üçün qürurverici haldır. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, bir həftə sonra Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsi, hər iki tədbir çərçivəsində dövlət başçımızın dünyanın tanınmış ictimai-siyasi xadimləri ilə görüşləri beynəlxalq aləmdə böyük rezonans doğurub. Qürurverici haldır ki, artıq Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Dünya ictimaiyyətini narahat edən bir sıra qlobal problemlərdən çıxış yolunun Bakıda axtarılması Azərbaycana olan inam və etimadın göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, hər iki nüfuzlu təşkilatın tədbirinin yüksək səviyyədə keçirilməsi, iştirakçıların sayının ildən -ilə artması bir daha təsdiqlədi ki, Azərbaycanın dünya birliyindəki mövqeyi getdikcə artır, reytinqi yüksəlir. Faktlar da təsdiqləyir ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən dövlətlərin, həmçinin tanınmış ictimai-siyasi xadimlərin, diplomatların, ekspertlərin sayı ildən-ilə artır. Bakıda keçirilən Qlobal Bakı Forumunun ötən 10 il ərzində dünyanın əsas müzakirə mərkəzlərindən birinə çevrilməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur. Bu il 60-dan çox ölkənin forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir. Qlobal Bakı Forumunun əsas məqsədi də dünyanı narahat edən prioritet məsələlərin müzakirəsidir. Dünya ictimaiyyətinin narahatlığına səbəb olmuş beynəlxalq gündəmdəki siyasi, iqtisadi, humanitar və digər həlli vacib məsələlərin müzakirəsinə paytaxt Bakının ev sahibliyi etməsi heç də təsadüfi deyildi. İstər ərazilərimizin 20 faizinin Ermənistanın işğalı altında olduğu, istərsə də həmin ərazilərin işğaldan azad edilməsindən sonra da Azərbaycan dünyada nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirdiyi məkana çevrilib. Bu da, ilk növbədə, ölkəmizin dünyada sabitlik məkanı kimi tanınmasının nəticəsidir. Son vaxtlar nüfuzlu təşkilatların öz tədbirlərini bir-birinin ardınca Bakıda keçirmələrinin əsas səbəblərindən biri də Azərbaycanın siyasi arena da artan nüfuzundan, etimadından və regionda söz sahibinə çevrilməsindən xəbər verir.

Komitə sədri deyib ki, bu gün Qlobal Bakı Forumu öz nüfuzuna görə dünyanın aparıcı beynəlxalq platformalarını kölgədə qoyub. Xatırladaq ki, Qlobal Bakı Forumu ilk dəfə keçiriləndə tədbirdə təxminən 20-yə yaxın ölkədən nümayəndə iştirak edirdi. Sonuncu Forumda isə iştirak edən dövlətlərin sayı 60- dan çoxdur. Göründüyü kimi, son 10 il ərzində Bakıda keçirilən qlobal forumlar diqqəti o qədər çəkib ki, iştirakçı dövlətlərin sayı 3 dəfədən çox artıb. Ötən dövrdə Bakı Forumu dünya cəmiyyətinin üzləşdiyi həssas mövzuların müzakirə olunduğu platforma kimi nüfuz qazanıb: “ Forumu digər platformalardan fərqləndirən əsas cəhətlərdən biri də coğrafi cəhətdən əhatəli olmasıdır. Dünyanın müxtəlif yerlərindən gələn qonaqların fikir mübadiləsi üçün Bakını seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Məhz buna görə də tədbirdə iştirak edən dünya şöhrətli xadimlər bu forumun başqa ölkələrdə baş verənləri öyrənmək baxımından əvəzedilməz platforma olduğunu etiraf edirlər. Şərq və Qərb ölkələrinin tanınmış nümayəndələrinin, sabiq dövlət və hökumət başçılarının bir araya gələrək qlobal məsələlərin müzakirəsində fikirlərini açıq şəkildə bildirmələri tədbirin xüsusi əhəmiyyət kəsb etməsindən xəbər verir. Gələcək qlobal məsələlərin müzakirəsi dünya ölkələrinin perspektivləri ilə yaxından tanış olmaq baxımında Bakı Forumuna olan marağı getdikcə artırıb”.

Ç.Qənizadə deyib ki, son illər artıq dünya birliyi də Azərbaycanı sülh tərəfdarı kimi qəbul edir. Bu istiqamətdə mühüm işlər görən ölkəmiz bu forum vasitəsilə dünya ölkələrini dayanıqlı sülhə, inkişafa, regionda sabitliyə, tərəqqiyə təhdid, təzyiq yaradan amillərə qarşı mübarizəyə çağırdı: “Üç gün ərzində müzakirə edilən məsələlərdən biri də sülh idi. Bu məsələ regionda sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, Ermənistan hər addımbaşı sülhə təhdid yaradır, xarici himayədarlarının vasitəsilə atəşkəs rejimini pozur, gizli yollarla Azərbaycanın ərazisinə silah-sursat daşıyır. Dünya birliyi bu ədalətsizliyə göz yummamalı, erməni vəhşiliyinin, habelə digər ölkələrdə baş vermiş beynəlxalq hüquq pozuntularının qarşısının alınmasında həmrəylik göstərməlidir”.

Komitə sədri bildirib ki, artıq Qlobal Bakı Forumunun sədası dünyanın müxtəlif ölkələrindən də eşidilir. “ABŞ, Türkiyə, Rusiya Federasiyası, İtaliya, Belçika, Bosniya və Herseqovina, Malayziya, Xorvatiya, Tacikistan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrin aparıcı media vasitələri forumun işi və Prezident İlham Əliyevin çıxışı, həmçinin tanınmış ictimai-siyasi xadimlərlə keçirdikləri görüşlər barəsində məqalələr dərc edirlər. Bu, Forumun mühüm əhəmiyyət kəsb etməsinin göstəricisidir”, - deyə Çingiz Qənizadə bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO