Duşan Kovaçeviç: Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının təşkili üçün hər cür şərait var
Mingəçevir, 23 oktyabr, AZƏRTAC
İlk dəfədir Azərbaycanda təşkil olunan reqatada iştirak edirik. Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə olan sıx əməkdaşlığımız sayəsində mümkün oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç Mingəçevirdə jurnalistlərə müsahibəsində deyib.
Serbiyalı mütəxəssis bildirib ki, burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi: “Burada yaradılmış idman infrastrukturu yüksək səviyyədədir. Mingəçevirdə kanoe və avarçəkmə yarışlarının təşkili üçün hər cür şərait var. Baza beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunub. Yarış çərçivəsində AKAF rəhbərliyi ilə görüşlərimiz oldu, bir çox istiqamətdə müzakirələr apardıq. Birgə əməkdaşlığın nəticəsində gələcəkdə daha böyük yarışlar keçirə və həmin yarışlara Avropanın digər ölkələrini də dəvət edə bilərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:37]
Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb
- 05.06.2026 [17:15]
Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]