E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemləri tədqiq olunur
Bakı, 28 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda bu ilin I yarısında elektron elm və elmmetriya problemləri ilə bağlı tədqiqatlar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev məlumat verib. O bildirib ki,
institutda e-elm və e-təhsilin inteqrasiyası sahəsində mövcud vəziyyətin araşdırılması və xarakterik problemlərin müəyyənləşdirilməsi, eləcə də “Industry 4.0” platformasında e-elm və e-təhsilin inteqrasiyasının konseptual və arxitektur-texnoloji prinsiplərinin işlənməsi ilə bağlı analitik icmal hazırlanıb, model və təkliflər işlənilib.
Şöbə müdiri elmi müəssisələrin və tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodun işlənilməsi istiqamətində işlərin görüldüyünü, elmi jurnalların və tədqiqatçıların qiymətləndirilməsi indekslərinin müasir vəziyyətinin analiz olunduğunu qeyd edib.
R.Alıquliyev hesabat dövründə aparılan tədqiqatların nəticələrinin nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapdığını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]