Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbədi parlayan ulduzun işığı
Yusuf Məmmədəliyevin 110 illiyinə həsr olunur

Əbədi parlayan ulduzun işığı Yusuf Məmmədəliyevin 110 illiyinə həsr olunur

“Yusuf Məmmədəliyev səviyyəli təkcə bir alimi olan respublika öz akademiyasının olmasına layiqdir”

Vladimir Komarov,

 1936-1945-ci illərdə SSRİ Elmlər

Akademiyasının prezidenti

Bakı, 11 yanvar, AZƏRTAC

Elm aləmində daimi nüfuzu olan, dövrü təcəssüm etdirən, hamı tərəfindən sevilən alimlər tək-tükdür. İngiltərədə belə alim İsaak Nyuton, Almaniyada Aleksandr Humbolt, Rusiyada Mixail Lomonosov, Azərbaycanda isə heç şübhəsiz, Yusuf Məmmədəliyevdir.

Yusuf Məmmədəliyev 1905-ci il dekabrın 31-də Azərbaycanın qədim Ordubad şəhərində anadan olub. Ordubadın mənəvi və intellektual mühiti zəngin idi. Burada türk eposları barədə məlumat fars poeziyası, ərəb fəlsəfəsi ilə vəhdət təşkil edirdi. Son iki əsrdə isə rus mədəniyyəti şəhər həyatının bütün sahələrinə intensiv təsir göstərmişdi. Ordubadın mahiyyət etibarilə sinkretik mədəniyyəti belə formalaşmışdı. Kiçik Yusuf da bu mədəniyyəti acgözlüklə mənimsəyirdi. Mükəmməl qavrama qabiliyyəti sayəsində ərəb, fars, türk, rus, ingilis dilini çox tez öyrənmiş, şəhər kitabxanalarında olan bütün elmi və bədii ədəbiyyatı dönə-dönə oxumuşdu.

Ordubadda ziyalı və savadlı adamlar çox idi. Yusufun atası Hacı Heydər bəy də belə şəxslərdən idi. Oğlunun zəkalı və istedadlı olduğunu sezən ata onun təhsili ilə məqsədli şəkildə məşğul olurdu. Yusufa anası Gülsüm xanım da böyük təsir göstərib. Şərq poeziyasını yaxşı bilən Gülsüm xanım uşaqlarına (onun altı uşağı vardı) sözün gözəlliyi anlayışını aşılayır, onlarda nəcib keyfiyyətlər, gözəl mənəviyyat formalaşdırmağa çalışırdı.

Yusuf çox diqqətli və hər şeylə maraqlanan uşaq idi. Kiçik Yusuf üçün dünyanın dərki Ordubadın tünd göy səmasındakı parlaq ulduzları müşahidə edərkən başlamışdı. O, səbirsizliklə axşamın düşməsini gözləyir, saatlarla səmaya baxır, bu sonsuz mavilik onun fikirlərini çəkib aparırdı. O, Kainatın dəyişməz nizamına heyran qalırdı. Əmin idi ki, varlığın böyük sirri məhz orada, mavi ənginliklərdə gizlənir. Sonralar elm yolunu seçməsi onda poetik təxəyyülü və fəlsəfi düşüncəni zərrə qədər azaltmadı. Ömrünün sonunadək mütəfəkkir, rəssam, şair və alim olaraq qalan Y.Məmmədəliyev müxtəlif hadisələrin dərin əlaqəsini qəlbən hiss edir, minerallar aləminin və kimyəvi strukturların gözəlliyinə heyran qalırdı.

Uğurlu elmi addımlar

Fizika, kimya, geologiya və biologiya Yusufu eyni dərəcədə maraqlandırırdı. Amma bir az götür-qoy edəndən sonra kimyanı seçdi. Onun seçiminə bir sıra hadisələr - ilk növbədə dövrün elm və təcrübə arasında fəal əlaqə yaradılmasını diqtə edən yaradıcı xarakteri təsir göstərdi. Məsələ bundadır ki, fundamental, tətbiqi və texnoloji tədqiqatlar kimyada üzvi şəkildə uyğunlaşır. Kimya təbii maddələrin quruluşunu nəinki izah edir, həm də insana gərəkli olan materialların istehsal üsullarını tapır.

Təbii və neft (səmt) qazlarının öyrənilməsi və bu qazların potensial tətbiqinin müəyyən olunması onun ilk elmi işlərindən biridir. Süni kauçuk istehsalı və hidrogenin alınması ideyası belə yaranıb. Y.Məmmədəliyev hələ 1934-cü ildə daxili yanma mühərriklərində benzin əvəzinə hidrogendən istifadə olunmasını təklif edib. Dövrünü xeyli qabaqlayan bu ideyanın həqiqi dəyəri yalnız indi başa düşülür. Axı karbohidrogen birləşmələrinin yanması zamanı karbon-oksid əmələ gəlir. “Parnik” xüsusiyyətlərinə görə bu üçatomlu qazın qlobal istiləşməyə gətirib çıxarması ötən əsrin sonunda məlum olub. Hidrogenin yanması isə zərərsiz su buxarı əmələ gətirir.

Ötən əsrin 30-cu illərinin sonuna doğru Y.Məmmədəliyev metanın karbon-4-xlorid alınana qədər xlorlaşdırılması və metilenbromid alınması üsullarını işləyib hazırladı. O, müharibə illərində karbohidrogenlərlə doymamış birləşmələrin katalitik alkiləşdirilməsini tədqiq edərək, toluol, digər benzol homoloqları və keyfiyyətli aviasiya yanacağı istehsalı məsələlərini həll etdi. Ömrünün son illərində monomer və yuyucu vasitələrin istehsalı üçün müxtəlif neft karbohidrogenlərinin pirolizinə və oksidləşməsinə yönələn benzin fraksiyalarının katalitik aromatizasiyasına dair geniş tədqiqatlar aparırdı.

Alkanların xlorlaşdırılması reaksiyasının idarə olunması üsullarının kəşfi Y.Məmmədəliyevin kimya elminə fundamental töhfəsi olub. O, 1960-cı ildə Parisdə kataliz məsələlərinə həsr olunmuş konqresdə bu barədə məruzə edib.

Y.Məmmədəliyev əczaçılıq və tibbi kimya məsələləri ilə maraqlanırdı. Hələ 1930-cu illərdə Parazitologiya İnstitutunun xahişi ilə infeksion xəstəliklərə qarşı mübarizə aparmaq üçün xlorlu birləşmələr əsasında preparat yaratmışdı. Bu preparat Orta Asiyada və Cənubi Qafqazda geniş tətbiq edilmişdi.

Y.Məmmədəliyev Naftalan neftinin kimyəvi tərkibini hərtərəfli tədqiq edən ilk alimlərdən biri olub, Naftalan neftinin müalicəvi xüsusiyyətlərini müəyyən edib, Naftalan kurortologiyasının elmi əsaslarını yaradıb.

Elm təşkilatçısı

Çox az sayda alimin elmi axtarışı birgə fəaliyyət kimi təqdim etmək və həyata keçirmək istedadı var. Bunun üçün digər cəhətlərlə bərabər, bütöv və sistemli təfəkkür tərzi lazımdır. Azərbaycan Elmlər Akademiyasının prezidenti olan Yusuf Məmmədəliyev gözəl keyfiyyətlərinin gücünü nümayiş etdirdi. O, respublikada təbiət, sosial və humanitar elmlər sahəsində tədqiqatların əsas istiqamətlərini müəyyən etdi.

Əlbəttə, geologiya və kimya respublika üçün prioritet istiqamətlər idi. Y.Məmmədəliyev qarşıya Azərbaycanın xam neft hasilatı bazasından inkişaf etmiş neft emalı sənayesi olan respublikaya çevrilməsinin elmi əsasını yaratmaq vəzifəsini qoydu. Bu vəzifə neft kimyasının, kimya texnologiyasının intensiv inkişafını nəzərdə tuturdu. Bununla yanaşı, o, respublikada fundamental bilik sahələrini - riyaziyyat, fizika və astronomiyanı əsaslı şəkildə inkişaf etdirməyin əhəmiyyətini başa düşür və israrla buna nail olmağa çalışırdı. Şamaxı Rəsədxanası və Hesablama Mərkəzi onun təşəbbüsü ilə yaradılıb və təchiz edilib.

Təhsil sahəsində fəaliyyət

Y.Məmmədəliyev müəllimlik fəaliyyətinə lap gənc yaşlarında - 16 yaşında başlayıb. Sonralar böyük alim olanda da pedaqoq və maarifçi olaraq qaldı.

Həqiqi elm adamı olduğu üçün elmi və pedaqoji fəaliyyəti qarşı-qarşıya qoymurdu. Diqqət yetirmişdi ki, məlum bilikləri təhsil üçün sistemləşdirən alim məchul sahələr üzə çıxara bilər. Onun üçün təhsil yeni məsələlər qaldırmaq üçün əlavə mənbə idi. O, elmlə təhsil arasında əlaqələrin intensivləşəcəyini, onlar arasında məsafənin azalacağının labüd olduğunu irəlicədən görürdü.

Yusif Məmmədəliyev Azərbaycanda təhsilin keyfiyyətinin artırılması üçün çox işlər görüb, keçmiş ali məktəb məzunlarının müxtəlif kurslarda biliklərini artırmalarına şərait yaradıb. Onun təşəbbüsü ilə Respublika Elmi-Texniki Kitabxanası yaradılıb, Azərbaycan dilində “Elm və həyat” adlı populyar elmi jurnal təsis edilib. O hesab edirdi ki, görünməmiş elmi inkişaf dövründə təhsil “ömürlük” ola bilməz, təhsil “fasiləsiz” olmalıdır. Müasir dövrdə UNESCO-nun “Ömür boyu təhsil” proqramı da məhz buna çağırır.

Şərlə görüş və ona qarşı mübarizə

Yusuf Məmmədəliyev prinsipiallığı, tələbkarlığı ilə seçilsə də, təbiətcə ədalətli və xeyirxah insan idi. Ancaq xeyir həmişə insanların paxıllığı, sosial hərc-mərclik, müharibə və buna bənzər digər kolliziyalar şəklində şərlə üzləşir. O, sosial hadisələrin və proseslərin mürəkkəbliyini, onların ziddiyyətli xarakterini çox tez - erməni daşnakları onun doğma şəhərinə hücum edəndə başa düşmüşdü. Bu hadisə Ordubadın sakit həyatını pozmuşdu. O, xaosun, saysız-hesabsız faciəli səhnələrin şahidi olmuşdu. Canını zorakılıqdan və soyqırımdan qurtarmaq istəyən ordubadlılar Araz çayı ilə İrana keçməyə can atırdılar. Qayıq çatışmadığı üçün tələm-tələsik əl altında olan vasitələrdən sal düzəldirdilər. Məmmədəliyevlər ailəsi də belə bir sala mindi. Çayın ortasında sal güclü burulğana düşdü. Qıraqda oturan qardaşı İlyas özünü saxlaya bilməyib suya düşdü. Atası və böyük qardaşı onu xilas etmək üçün özlərini çaya atsalar da, xeyri olmadı. Arazın coşqun suları onu dərhal çəkib apardı. Göz görə-görə doğma qardaşının həlak olması Yusufu şoka saldı. Bu faciə onun yaddaşına əbədi həkk oldu. Qərara gəldi ki, qardaşı üçün də yaşamalı, onun əvəzinə qurub-yaratmalıdır. O, bir həqiqəti başa düşdü: insan həyatını şər qüvvələrdən müdafiə etməyə ehtiyac var. Müharibə zamanı ölkənin müdafiəsi naminə fəaliyyəti onun bu məqsədini doğruldurdu.

Faşist Almaniyası ilə müharibənin ilk aylarında - alman təyyarələrinin dinc şəhərləri amansızcasına bombaladığı, sovet təyyarələrinin yüksəklik və sürətdə onlardan geri qaldığı bir vaxtda ölkənin aparıcı kimyaçılarının qarşısına belə bir vəzifə qoyuldu: keyfiyyətcə yeni, daha yüksək oktanlı aviasiya benzini yaratmaq. Yusuf Məmmədəliyev öz tədqiqatlarına əsaslanaraq həmin məsələnin səmərəli həllini təklif etdi. Onun texnologiyası əsasında əldə olunan şaxtaya davamlı benzinin gücü aviasiya mühərriklərinin gücünü 20-30 faiz artırırdı. Y.Məmmədəliyevin təklifi bəyənildi. O, bir qrup alimlə birlikdə bu cür benzinin sənaye üsulu ilə istehsalı üzərində gecə-gündüz çalışdı. Laboratoriyadan istehsalata yol son dərəcə qısa olmalı idi. Bu problemin həllinin nə dərəcədə təcili olduğunu hamı başa düşürdü. Budur, Stalinqrad səmasında texniki baxımdan mükəmməl “Messerşmittlər” adi sovet “Yak”larına daha çata bilmir.

Y.Məmmədəliyevin alman tanklarına qarşı mübarizəyə töhfəsi də böyükdür. O, alman tankçılarının cəzasızlığını kinoxronika kadrlarında görmüş, şahidlərdən eşitmişdi. Müharibənin əvvəlində Sovet Ordusunun itki verməsinə tank əleyhinə silahların olmaması da təsir göstərirdi. Alman tankları evləri yerlə-yeksan edir, səngərləri hamarlayır, insanları qabağına qatıb qovurdu. Y.Məmmədəliyev bu tanklara qarşı çox təsirli vasitə - onun metodu ilə sintezləşdirilmiş yanacaq qatışığı təklif edir. Hər hansı tankın alovlanması üçün 200 millilitr belə yanacaq qatışığı kifayət idi. “Molotov kokteyli” belə yarandı. SSRİ-də tankları məhv etmək üçün belə bir vasitənin ixtira olunduğunu ilk dəfə Molotovdan eşidən Uinston Çörçil bu yanacağı obrazlı şəkildə “Molotov kokteyli” adlandırdı.

Faşist Almaniyası üzərində Qələbəyə töhfəsinə görə Yusuf Məmmədəliyev Stalin mükafatına layiq görülüb və fəxri qonaq kimi Qızıl Meydanda Qələbə paradına dəvət edilib.

Təzadlı cəmiyyətdə həyat

Sovet dövründə bir tərəfdən yeni ədalətli cəmiyyət quruculuğu kimi yüksək məqsədlər qarşıya qoyulur, elmin, təhsilin, bədii yaradıcılığın inkişafı hərtərəfli dəstəklənirdi. Bu, insanları ruhlandırır, nikbin mənəvi mühit yaradırdı... Digər tərəfdən firavan cəmiyyətə aparan yol başqa cür düşünənlərə, millətçiliyə, xalq düşmənlərinə qarşı məcburi mübarizə kimi başa düşülürdü. Özü də bu mübarizə kor-koranə aparılır, lazım gəldikdə hər hansı insanı ittiham etmək üçün əsas olurdu. Dardüşüncəli adamlara xas olan paxıllıq hissi yaranmış vəziyyətdə donosbazlığa və əsassız repressiyalara şərait yaradırdı. Y.Məmmədəliyev buna iş yoldaşları həbs olunmağa başlayanda əmin oldu. Qətiyyətlə müdafiəsinə qalxdığı akademik Heydər Hüseynov millətçilikdə ittiham olunanda o, özü də izləmə və “işləmə” obyektinə çevrildi.

H.Hüseynovun qondarma işi ilə əlaqədar universitetin fəlsəfə fakültəsinin bağlanması Y.Məmmədəliyevi hiddətləndirdi. O hesab edirdi ki, bu cəfəng qərar respublikada azad fikrin, milli özünüdərkin inkişafı imkanlarını qəsdən məhdudlaşdırır.

Y. Məmmədəliyev həyəcan keçirirdi ki, bayağı beynəlmiləlçiliyin təntənəsi naminə, əslində, milli yaddaşın itirilməsinə, unudulmasına gətirib çıxaran manqurtçuluq təbliğ olunur. O haqlı olaraq hesab edirdi ki, əsl beynəlmiləlçilik əsla millətçiliyə qarşı ola bilməz, çünki o, millətçiliyi öz xalqına, onun tarixinə və mədəniyyətinə məhəbbət kimi başa düşürdü.

1950-cı və 1960-ci illərdə “millətçilər” artıq repressiyalara məruz qalmırdı, onları güllələmirdilər, sadəcə partiya sıralarından xaric olunur və “öz ölümü” ilə dünyadan köçürdülər. Alim bütün bunları bilirdi, amma yenə də dövlət idarələrində Azərbaycan dilinin tətbiq olunması, Azərbaycan xalqının və onun mədəniyyətinin türk qaynaqlarının tədqiq olunması uğrunda çıxışlarını davam etdirirdi. 1961-ci ildə qəfil ölümü onun Azərbaycan elminin və çoxşaxəli mənəvi mədəniyyətinin təşəkkülü və inkişafı uğrunda mübarizəsini yarımçıq qoydu.

XXI əsrə süzülüb gələn ideyalar

Ümummilli lider Heydər Əliyev haqlı olaraq deyirdi: “Respublikada elmin bütün sahələrinin inkişafında Yusuf Məmmədəliyevin xidmətləri var. Bu xidmətlər unudulmazdır. Onlar indi də xatırlanır, gələcəkdə də xatırlanacaq”.

Həqiqətən də Y.Məmmədəliyevin ideyaları müasirlərin yaradıcı yolunda mayakdır. Bunun üçün onun sintezləşdirilmiş süni birləşmələrin aktivliyi və onların parçalanması vaxtının proqnozlaşdırılması, biosfera proseslərinə oxşar tullantısız istehsalatlar yaradılmasının zəruriliyi, nəqliyyatda və sənayedə karbohidrogen xammalın hidrogenlə əvəzlənməsi barədə mülahizələrindən və dəlillərindən danışmaq yetərlidir. Zəmanəmizdə çox aktual olan bu ideyalar XXI əsrdə elmi texnologiyaların inkişaf strategiyasını müəyyən edəcək, çünki müasir cəmiyyətin sabit inkişafa keçidinin ilkin şərtləri olan ekologiya, iqlim dəyişmələri, “yaşıl iqtisadiyyatın” yaradılması problemlərinin həllinə tuşlanıb. Bu gün Azərbaycan elmi bu istiqamətdə inamlı addımlar atır.

Məxsusi olaraq AZƏRTAC üçün

Nizami Məmmədov,

fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, UNESCO-nun eksperti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO