Əbu-Dabi Beynəlxalq Aeroportunda sərnişinlər pulsuz COVID-19 testindən keçirilir
Qahirə, 10 mart, AZƏRTAC
Bu gündən başlayaraq Əbu-Dabi Beynəlxalq Aeroportunda tranzitlə uçanlar istisna olmaqla, bütün sərnişinlər pulsuz COVID-19 testindən keçirilir. Testin nəticələri 90 dəqiqə ərzində təqdim edilir.
AZƏRTAC xəbər verir ki, hər gün 20 min sərnişinin yola salındığı və ya qarşılandığı bu aeroportda pulsuz COVID-19 testini həyata keçirən laboratoriyalar quraşdırılıb. Bundan başqa, hava limanının 190 işçisi də bu işə cəlb olunub. Bu aeroportdan əsas uçuşları həyata keçirən “Etihad” aviaşirkəti də bütün pilotların və ekipaj üzvlərinin yeni növ koronavirusa qarşı peyvənd olunduğunu bəyan edib.
Əbu-Dabi Beynəlxalq Aeroportunun məlumatında bildirilir ki, sərnişinlər PCR testi ilə yanaşı, DPI (qan analizi) testindən də keçə bilərlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]