Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əbu-Dabidə yeni görməli məkanın təntənəli açılışı olacaq

Bakı, 26 oktyabr, Emil Eyyubov, AZƏRTAC

Möhtəşəm “Əl-Hüsn” kompleksinin təntənəli açılış mərasimi 2018-ci il dekabrın 7-nə nəzərdə tutulub. Əl-Hüsn Əbu-Dabinin orijinallığı ilə daim turistləri cəlb edən məhəlləsidir. Kompleks özündə Qəsr əl-Hüsn deyilən tarixi qalanı, Mədəniyyət Mərkəzini, Milli Məşvərət Şurasının binasını, habelə Sənət Evini birləşdirəcək. Rəsmi açılış mərasimi uzunmüddətli şənliklər, Əbu-Dabinin zəngin tarixinə və mədəniyyətinə həsr olunmuş tədbirlərlə müşayiət olunacaq.

Qoruyub saxlamaq və çoxaltmaq...

Qəsr əl-Hüsn Əbu-Dabinin qocaman və ən mühüm mədəni irs obyektidir. Burada iki tarixi bina yerləşir. Tarixi 1795-ci ilə gedib çıxan İç qala və 1940-cı illərində inşa edilmiş Bayır saray. Əbu-Dabi tarixinin şahidi olan İç qala son iki əsrdə hakim ailənin iqamətgahı, hökumət, Məşvərət Şurası iclaslarının keçirildiyi, dövlət arxivlərinin saxlanıldığı məkan olub. Qəsr əl-Hüsn irimiqyaslı və əsaslı bərpa-konservasiya işlərindən sonra muzeyə - vaxtilə yerində balıqçı qəsəbəsi olan şəhərin zəmanəmizə qədər inkişafının tarixini izləməyə imkan verən milli əhəmiyyətli abidəyə çevrilib.

Mədəniyyət Mərkəzinin bərpa edilmiş və yenilənmiş salonlarında maraqlı sərgilər, konsertlər təşkil olunacaq, habelə regionda ilk uşaq kitabxanası açılacaq. Mədəniyyət Mərkəzinin açılışı mərhələli şəkildə həyata keçiriləcək. Məsələn, dekabrın 7-də Təsviri Sənət Mərkəzi istifadəyə veriləcək. Mərkəz yerli rəssamları daim yeni-yeni əsərlər yaratmağa ruhlandıran bu binanın tarixinə həsr olunmuş sərgi təqdim edəcək. Burada sərgi salonları və rəssam studiyaları yerləşəcək. Daha iki obyektin - teatrın və uşaq kitabxanasının açılışı 2019-cu ildə gözlənilir.

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin sədri Məhəmməd Xəlifə Al-Mübarək deyib: “Qəsr əl-Hüsn bizim ən birinci binamızdır. Bu bina inşa edildiyi vaxtdan bu günə qədər Əbu-Dabinin tarixini izləməyə imkan verir. Qəsr əl-Hüsn daim dəyişən şəhərimizin rəmzidir, kollektiv yaddaş xəzinəsidir. Onun təkrar açılışı həm Əbu-Dabi, həm də bütövlükdə BƏƏ vətəndaşları üçün əlamətdar hadisədir. Biz Əbu-Dabinin, BƏƏ-nin və bütün regionun mədəni landşaftında həmişə birləşdirici rol oynayan Mədəniyyət Mərkəzinin qapılarını yenidən böyük həyəcan hissi ilə açacayıq. Biz “Əl-Hüsn” kompleksi sayəsində vətəndaşlarımızda bu qədim və bənzərsiz mədəniyyətin daşıyıcısı olmaq hisslərini gücləndirməyə ümid bəsləyirik. Bu yer keçmişimizi əks etdirməklə, onu indimizlə birləşdirir və Əbu-Dabinin gələcəyini formalaşdırmaqda bizə kömək edir”.

Qaladan muzeyə...

“Əl-Hüsn” tarixi mədəniyyət obyekti elə şəkildə layihələndirilib ki, Qəsr əl-Hüsn qala-sarayını sahil landşaftı fonunda, şəhərin sürətli inkişafının şərtləndirdiyi urbanizm mühitində bərpa etmək mümkün olsun. Bu, həm Əmirliklərin tarixi irsinə ehtiramın əlaməti, həm də onların eyniyyətinin istər keçmiş, istərsə də indi vasitəsilə ifadəsidir. 

Kompleks inkişaf planı çəpinə bölünmüş iki hissəni nəzərdə tutur. Onların hər biri öz bənzərsizliyi və müstəsnalığı ilə seçilir. Bir tərəfdən, Qəsr əl-Hüsn qala-sarayı ətrafında tarixi hissə yerləşir. Bu hissə sahilyanı səhranın təbii landşaftlı qumsal düzənliyi fonunda tənha binanı ilkin görkəmində təqdim edir. Digər tərəfdən, Mədəniyyət Mərkəzi ətrafında müasir hissə yerləşir. Əbu-Dabinin mədəni-tarixi irsinə həsr olunmuş bu hissə şəhər şəbəkəsi prinsipi üzrə planlaşdırılıb, həndəsi fiqurlar və düz xətlərlə bəzədilib. Həmin hissə müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulub.

Qəsr əl-Hüsn Əbu-Dabi və onun xalqı üçün xüsusi əhəmiyyət daşıyır. “Hüsn” adı 1795-ci ildə inşa edilmiş ilk əsaslı tikilidən, 1760-cı illərdə bu adada yaranmış kəndin müdafiəsi üçün mərcandan və dəniz daşından inşa edilmiş keşikçi qülləsindən ibarət İç qalaya aiddir. “Qəsr” sözü 1940-cı illərdə Şeyx Şahbat bin Sultan Al Nəhyan tərəfindən İç qala ətrafında hakim ailənin iqamətgahı və əmirin məclisinin iclaslarının keçirilməsi yeri kimi inşa edilmiş Bayır saraya aiddir. Şeyx Şahbat bin Sultan Al Nəhyanın hakimiyyəti dövründə mirvari çıxarmaqdan neft hasilatına doğru iqtisadi keçid olub. Sonrakı onilliklər ərzində Qəsr əl-Hüsn qala-sarayın strukturu və funksiyaları tədricən dəyişib və o, siyasi hakimiyyət mərkəzindən və hakim ailənin evindən şəhərin mədəniyyət mərkəzinə çevrilib.

Qəsr əl-Hüsn İç qalası və Bayır sarayı Əbu-Dabi tarixində bu şəhərdən və onun sakinlərindən, onların tarixindən və müasir irsindən söz açan əsas “dayaq nöqtələri”dir. Onun salonlarındakı daimi ekspozisiya qonaqlara zəngin təəssüratlar bəxş edir, Qəsr əl-Hüsn qalası barədə Əbu-Dabinin təşəkkülünün şahidi təsəvvürü yaradır. Bu sərgilər qonaqlara saray əhlinin həyatı, habelə qala tikililərinin bərpası barədə məlumat verir. Daimi ekspozisiya ilə yanaşı, arxiv materiallarından, interaktiv vasitələrlə tamamlanmış audiovizual materiallardan ibarət müvəqqəti sərgilər də təqdim olunacaq.

Qəsr əl-Hüsn qalası ərazisində kütləvi proqram arxeologiya və arxitekturaya həsr olunmuş xüsusi ekskursiyaları, qalanın gündəlik həyatından səhnələrin və burada həyata keçirilən mərasimlərin canlandırılmasını nəzərdə tutur. Bundan əlavə, məclisə həsr olunmuş proqram tərtib olunacaq. Ekskursiyaya gələnlər bu proqramın köməyi ilə məclisin tarixi və əhəmiyyəti ilə tanış olacaqlar. Uşaq və gənclər üçün tədbirlər nəzərdə tutulub.

Mədəniyyət və sənətlər

Əsası 1981-ci ildə mərhum Şeyx Zayed bin Sultan Al Nəhyan tərəfindən qoyulmuş Mədəniyyət Mərkəzi regionda intellektual və yaradıcı fəaliyyətin bütün formalarının inkişafı üçün ictimai müəssisə kimi düşünülmüş ilk çoxprofilli qeyri-kommersiya mərkəzi olub. Bu mərkəz Şeyx Zayedin BƏƏ-nin gənc nəslində mədəni mənlik şüurunun və özünüeyniləşdirmənin tərbiyə olunmasına şərait yaratmaq ideyasını həyata keçirmək məqsədi daşıyıb. Milli Kitabxananın, ifaçılıq və teatr sənətləri üçün məkanın, rəssam emalatxanalarının, sərgi salonunun yerləşdiyi Mərkəz mədəniyyət sığınacağına, rəssamlar, şairlər, intellektual insanlar və alimlər arasında bilik mübadiləsi və diskussiyalar meydanına, habelə dostların və ailə üzvlərinin sevimli görüş yerinə çevrilib. BƏƏ-də və regionda mədəniyyət hadisələrinin cazibə nöqtəsi olan Mədəniyyət Mərkəzində çoxlu sayda yerli və regional rəssamın ilk sərgiləri təşkil edilib. Mədəniyyət Mərkəzi Əbu-Dabi üçün müxtəlif ölkələrdən olan insanların ideya mübadiləsi və ünsiyyət pəncərəsinə çevrilib.

Mədəniyyət Mərkəzinin çoxdan gözlənilən açılışından əvvəl irimiqyaslı bərpa işləri, o cümlədən modernləşdirmə layihələri həyata keçirilib. Məsələn, regionda ilk uşaq kitabxanası, açıq səma altında təsviri sənət qalereyası, həm binanın içində, həm də bayırında yerləşən sərgi məkanları, 900 yerlik teatr və açıq amfiteatr, tədris auditoriyaları və emalatxanalar, habelə ictimai iaşə müəssisələri istifadəyə veriləcək.

Qəsr əl-Hüsn qala-sarayının və Mədəniyyət Mərkəzinin yanında Sənət Evi açılacaq. BƏƏ-nin maddi və qeyri-maddi tarixi və mədəni irsinin təbliği və qorunub saxlanması üzrə fəaliyyət bu məkanda cəmləşəcək. Məsələn, 2011-ci ildə UNESCO əl-Sadu (toxuculuq) sənətini qorunub saxlanılması təcili tələb olunan qeyri-maddi mədəni elementlər siyahısına daxil edib. Sənət Evi Əmirliklərin bu və digər ənənəvi sənətlərinin, habelə həmin sənətlərin ustalarının qorunması və dəstəklənməsi üzrə birgə səylər nəticəsində yaradılıb.

Sənət Evi Birləşmiş Ərəb Əmirliklərinin ənənəvi sənətlərinin qorunub saxlanılması və nümayiş etdirilməsi mərkəzi olmaqla bərabər, çox əhəmiyyətli bir vəzifənin - bu sənətlərlə bağlı bilikləri və vərdişləri gələcək nəsillərə ötürmək vəzifəsinin yerinə yetirilməsinə xidmət edəcək. Sənət Evi toxuculuq, palma ağacı liflərindən hörmə, habelə tikmə kimi xalq yaradıcılığı növlərinə xüsusi diqqət yetirərək, keçmişin bu ənənəvi sənət növlərini müasir mədəniyyətə tətbiq etməyə çalışacaq, bu məqsədlə tədris kursları, maarifləndirici seminarlar və digər kütləvi tədbirlər keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib