ƏCNƏBİ TƏLƏBƏLƏRİN PROBLEMLƏRİNƏ DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Təhsil naziri Misir Mərdanov əcnəbi tələbələrlə işin müvafiq istiqamətdə qurulması məsələsinə toxunmuş və onlarla tez-tez görüşməyin, problemlərinin yerində həll edilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Əcnəbi tələbələrlə görüşündən danışan nazir hazırlıq dövründə Azərbaycan dilinin öyrədilməsinə xüsusi diqqət yetirilməsinin, habelə xarici dili onların öz istəklərinə uyğun seçməsinə şərait yaradılmasının vacibliyini bildirmiş, eləcə də ölkəmizin ali təhsil müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən bəhs etmişdir.
Tədbirdə əcnəbi tələbələrlə iş sahəsində çalışan müəllimlər Azərbaycan dilinin mükəmməl öyrədilməsi, elmi terminlərin mənimsənilməsi və digər məsələlərlə bağlı fikir və təkliflərini bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]