ƏDƏBİYYAT SAHƏSİNDƏ NOBEL MÜKAFATI LAUREATI YAXIN GÜNLƏRDƏ ELAN OLUNACAQDIR
Nobel Komitəsinin üzvlərinə təqdimat mərasiminə 1 ay qalmış potensial laureatların adlarını çəkmək qadağan olunur. İsveç mətbuatı isə öz fərziyyələrini irəli sürür. Mükafata mümkün namizədlər arasında israilli Amos Oz, Fransada yaşayan Suriya şairi Adonis, perulu Mario Varqas Lyosa və amerikalı Filip Rotun adları çəkilir. Hindistanlı Salman Rüşdi, koreyalı Ko Yun, çex Milan Kundera, isveçli Tumas Transtremer, hollandiyalı Seys Noteboom da namizədlər sırasındadır.
Ədəbiyyat sahəsində Nobel mükafatının məbləği 10 milyon İsveç kronudur (1,37 milyon dollar və ya 1,07 milyon avro). Ötən il bu mükafat ingilis şair və dramaturqu Harold Pinterə təqdim edilmişdi. Halbuki onun adı mümkün namizədlər siyahısında çəkilməmişdi. Çoxlarının fikrincə, Pinter siyasi baxışlarına görə mükafata layiq görülmüşdür. O, İraq müharibəsinin qəti əleyhdarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]