Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş veloyürüş keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Ədliyyə orqanlarında 22 noyabr - peşə bayramı günü münasibətilə tədbirlər təşkil edilib.
Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə ədliyyə orqanlarında çalışan idman həvəskarlarının təşəbbüsü ilə veloyürüş keçirilib. Nazirliyin mərkəzi aparatı və Penitensiar xidmət əməkdaşlarından ibarət velosipedçilər dəstəsinin iştirak etdiyi yürüş Dövlət Bayrağı Meydanından start götürüb və Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Velosiped İdmanı Federasiyasının çoxsaylı üzvləri də yarışda iştirak ediblər.