ƏDLİYYƏ NAZİRLİYİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Nazirlikdə Heydər Əliyev muzeyində keçirilən anma mərasimində çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan xalqının taleyində misilsiz xidmətləri olan ümummilli liderimizin müasir dövlətçiliyimizin qurulması və inkişafında tarixi rolunu qeyd edərək, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişdir. Nazir xüsusi vurğulamışdır ki, əbədiyaşar lider Heydər Əliyevin siyasi xəttinin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illərdə həyatımızın bütün sahələrində qazanılan böyük nailiyyətlər ulu öndərin dövlətçilik ideyalarının təntənəsidir.
Mərasimdə çıxış edən ədliyyə işçiləri zəngin və mənalı həyatını Vətənə, xalqa həsr etmiş ümummilli liderimizin əvəzsiz xidmətlərindən söhbət açmış, Heydər Əliyevin qurduğu və yaşatdığı müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətində Prezident İlham Əliyevə daim layiqli yardımçı olmağa çalışacaqlarını bildirmişlər.
Tədbirin iştirakçıları muzeydə böyük öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla tanış olmuş, nazirliyin kinozalında ümummilli liderimizə həsr olunmuş filmə baxmışlar.