Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində altı ayda 2 minədək müraciətə baxılıb

Bakı, 26 iyul, AZƏRTAC

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində 2023-cü ilin birinci yarısında yerli özünüidarəetmə sahəsində görülmüş işlərin müzakirəsinə dair müşavirə keçirilib.

AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, nazir müavini Vilayət Zahirovun sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisi, yerli demokratiyanın inkişafı üzrə həyata keçirilən tədbirlərdən bəhs olunub. Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, onlara metodoloji yardımın göstərilməsi üzrə işləri davam etdirdiyi bildirilib.

Tədbirdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə xüsusilə əlamətdar olduğu qeyd edilərək, Ulu Öndərin 100 illiyi münasibətilə nazirliyin Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə, yerli özünüidarəetmənin bərqərar olmasında müstəsna roluna həsr olunan konfrans və digər silsilə tədbirlər keçirdiyi, bələdiyyələrin və onların milli assosiasiyalarının fəal iştirakı vurğulanıb.

Mərkəzin rəisi Rəhman Məmmədov məruzə ilə çıxış edərək dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların, o cümlədən müharibə iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə baxılması və onların qəbulu işinin daim diqqətdə saxlanıldığını, altı ayda bələdiyyə fəaliyyəti ilə bağlı 2 minədək müraciətə baxıldığını və 190-dan çox vətəndaş qəbul edildiyini, müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görüldüyünü vurğulayıb.

Qeyd edilib ki, 2023-cü ilin birinci yarısında nazirlik tərəfindən ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz çox - 49 mindən artıq bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. Aktların 95 faizi qanunvericiliyin tələblərinə uyğun hesab edilib. Qanunvericiliyin tələblərinə zidd olan bələdiyyə aktlarının ləğv və ya dəyişdirilməsi məqsədilə 2200-yə yaxın təklif verilib .

Bələdiyyə aktlarının inzibati nəzarət orqanına bələdiyyələrlə iş portalı vasitəsilə elektron göndərilməsi müddət pozuntusunun qarşısının alınmasına müsbət təsirini göstərib. Bununla bağlı inzibati məsuliyyətə cəlb olunan bələdiyyələrin vəzifəli şəxslərin sayının azalma tendensiyası davam edib. Nazirlik tərəfindən bələdiyyə sədrləri barəsində 23 inzibati xəta protokolu tərtib edilərək məhkəmələrə göndərilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 17 halda ciddi qanun pozuntuları aşkarlanaraq toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Bununla bağlı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələlərlə bağlı 50 faiz çox - 8400-dən artıq tövsiyə göndərilib. Həmçinin yerli büdcə gəlirlərinin artırılması məqsədilə tədbirlər davam etdirilib. İlin birinci yarısında 131 bələdiyyə üzrə ümumilikdə 7600 hektardan çox torpaq sahəsini əhatə edən 1241 icarə müqaviləsində uyğunlaşdırma nəticəsində icarə haqqı 1,3 dəfə artıb. Cari ildə torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 800 min manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib. Debitor borcların yığılması məqsədilə “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq bələdiyyələr pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi işlərini davam etdirib. Altı ay ərzində bələdiyyələrin debitor borcların ödənilməsi ilə bağlı 2,2 dəfə çox - 5300-dən artıq akt icraata qəbul olunub və onlardan icra məmurları tərəfindən icrası təmin edilən işlərin sayı 5 dəfədən çox artıb. Həmin aktların icrası nəticəsində yerli büdcələrə daxil olan vəsaitin həcmi də 2,5 dəfədən çox artaraq 600 min manatı ötüb.

Ümumilikdə isə respublika üzrə torpaq və əmlak vergisindən yerli büdcələrə daxilolmaların həcmi 13 faiz artaraq 8,2 milyon manatdan çox olub. Bələdiyyələrlə aparılan davamlı, əhatəli metodoloji iş nəticəsində ölkə bələdiyyələrinin ümumi büdcə gəlirləri 35 faiz artaraq ötən ilin sonuna 47 milyonu ötüb.

İclasda yarım il ərzində bələdiyyələrlə iş mərkəzi tərəfindən regional ədliyyə idarələrinin və Ədliyyə Akademiyasının imkanlarından istifadə edilməklə 3400 bələdiyyə üzvü və qulluqçusu ilə 140-dək maarifçilik tədbiri keçirildiyi, müxtəlif aktual məsələləri əhatə edən 16 metodik vəsait hazırlanaraq bələdiyyələrə paylanıldığı bildirilib, həmçinin bələdiyyələrin fəaliyyəti barədə əhalinin məlumatlılığının artırılması ilə bağlı görülən işlərə toxunulub. Bələdiyyələrin büdcə gəlirləri artdıqca müxtəlif sosial xarakterli layihələrin həyata keçirilməsinə diqqətin çoxaldığı, cari ildə bələdiyyələr tərəfindən mütəmadi olaraq vətəndaşlara müxtəlif yardımlar edildiyi, o cümlədən Qurban bayramı münasibətilə yerli büdcədən 260 min manatdan çox vəsait ayrılaraq 9 min nəfərə yaxın, o cümlədən 3 minədək müharibə iştirakçısı və şəhid ailələrinə maddi və digər kömək göstərildiyi vurğulanıb.

Tədbirdə müxtəlif məsələlər üzrə çıxışlar edilərək görülmüş işlərlə yanaşı, mövcud çatışmazlıqlar, yol verilmiş nöqsanlar geniş müzakirə olunub, bələdiyyələrlə iş sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilib. Vətəndaşların müraciətlərinə daim xüsusi qayğı ilə yanaşılması, etik davranış qaydalarına dönmədən əməl edilməsi, bələdiyyələrlə iş portalından istifadənin genişləndirilməsi ilə bağlı və digər konkret tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib VİDEO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər