“EduHack” hakatonuna qeydiyyat başa çatıb
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “EduHack” hakatonuna qeydiyyat iyulun 29-da başa çatıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, budəfəki hədəf universitet tələbələri, məzunlar, eləcə də təhsil sahəsində çalışanlardır. Hakatonda innovativ yollardan istifadə edərək distant təhsildəki çatışmazlıqların aradan qaldırılması üçün iştirakçılar 3 gün ərzində (iyulun 31-dən avqustun 2-dək) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər.
Mükafat fondu 6000 manat təşkil edir. Birinci yerə 3000 manat, ikinci yerə 2000 manat, üçüncü yerə 1000 manat veriləcək.
Distant təhsildə yaranan problemlərin aradan qaldırılması məqsədilə hər bir gənc öz ideyalarını reallaşdıra bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:42]
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
- 05.10.2026 [13:02]
Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur
- 05.10.2026 [13:00]
Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova
- 05.10.2026 [12:51]
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
- 05.10.2026 [12:32]