Efiopiyada keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışılıb
Əddis-Əbəbə, 11 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyində Azərbaycanda təhsil almış efiopiyalı məzunların, eləcə də yerli iş adamlarının və media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən anım mərasimi keçirilib.
Tədbirdə çıxış edən səfir Elman Abdullayev ümummilli lider Heydər Əliyevin hər zaman öz xalqının yanında olduğunu qeyd edib. O, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında Ulu Öndərin dövlətçiliyimizin və suverenliyimizin möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycanın beynəlxalq aləmdə öz layiqli yerini tutmasında, iqtisadiyyatın dirçəlməsində, xalqın milli birliyinin təmin olunmasında və milli ideologiyamız olan Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsində əvəzsiz xidmətlərinin olduğunu vurğulayıb.
Tədbir çərçivəsində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə