Əfqanıstanda əyalət qubernatorunun avtomobil karvanı hücuma məruz qalıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Əfqanıstanın şərqində Loğman əyaləti qubernatorunun avtomobil karvanı hücuma məruz qalıb.
AZƏRTAC Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, avtomobil karvanının yolu üzərində törədilən partlayış nəticəsində ən az səkkiz nəfər həlak olub, 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Həlak olanların arasında qubernatorun iki cangüdəni, həmçinin yerli sakinlər də var.
Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]