Əfqanıstanda terror aktı nəticəsində ən azı 20 nəfər ölüb
Bakı, 19 sentyabr, AZƏRTAC
Əfqanıstanın cənubunda terrorçu-kamikadzenin yük maşınına qoyulmuş bombanı partlatması nəticəsində ən azı 20 nəfər ölüb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, insident sentyabrın 19-da səhər saatlarında baş verib.
Yerli polisin məlumatına görə, Zabul vilayətindəki xəstəxananın yaxınlığında törədilmiş partlayış nəticəsində 90 nəfər də yaralanıb. Qeyd olunub ki, həmin xəstəxana qonşu Qəndəhar və Qəzni vilayətlərinin əhalisinə də tibbi xidmət göstərir.
Vilayətdə yayımlanan “Salam Əfqanıstan” radiosunun məlumatında bildirilir ki, yaralıların çox olması səbəbindən Zabul xəstəxanasına cərrahiyyə əməliyyatları aparmaq üçün qonşu vilayətlərdən də həkimlər gətirilib.
Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]