ƏFQANISTANIN TACİKİSTANLA SƏRHƏD VİLAYƏTLƏRİNDƏ 20-DƏN ARTIQ LABORATORİYA TİRYƏK İSTEHSAL EDİR
Keçən il dünyada tiryək istehsalının dörddə üç hissəsi Əfqanıstanın payına düşmüşdür. Agentliyin məlumatına görə, Mərkəzi Asiya regionunda müsadirə olunmuş tiryək qrupundan olan narkotiklərin 85 faizi Tacikistanda istehsal edilmişdir. Əgər 1991-ci ildə respublikada hüquq mühafizə orqanları tərəfindən 11 kiloqram narkotik maddə müsadirə olunmuşdusa, 2003-cü ildə bu rəqəm 9,6 ton təşkil etmişdir. Son 3 il ərzində hüquq mühafizə orqanları Rusiya sərhədçiləri ilə birgə 13,87 ton tiryək müsadirə etmişlər. Bu qədər narkotik maddə 17 milyon adamı “ağ ölüm”ün əsirinə çevirə bilər.