Egils Levits: Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır
Bakı, 8 mart, AZƏRTAC
Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında söyləyib.
“Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır”, - deyən E.Levits hazırda Azərbaycanın Avropa İttifaqının enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynadığını vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:38]
Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub
- 30.10.2026 [13:44]