ƏHALİNİN GƏLİRLƏRİ ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ilin yeddi ayı ərzində əhalinin gəlirlərinin nominal həcmi 5,7 milyard manat təşkil edərək, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz və ya 956,1 milyon manat artmışdır. Həmin dövrdə ölkə əhalisinin hər nəfərinə düşən gəlir 18,8 faiz artaraq 683,7 manat olmuş, iyul ayında isə 102,9 manata çatmışdır.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 5 milyard manat gəlir qalmış və 20,4 faiz artmışdır.
Gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 11,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]