Əhməd Rəcəbli küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib
Bakı, 6 fevral, AZƏRTAC
Paytaxtın Əhməd Rəcəbli küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağının təşkili ilə bağlı işlər yekunlaşıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, artıq zolağın tələbinə uyğun ərazidə yol nişanları və onun qüvvədə olmasını bildirən əlavə məlumat lövhələri qoyulub.
Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, məlumat lövhəsində göstərilən müddətdə, yəni saat 17:00-dan saat 20:00-dək yol nişanının tələbinə əməl etsinlər.
Qeyd edək ki, avtobus zolağı Əhməd Rəcəbli küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməyədək olan hissəsində hər iki istiqamətdə çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]