Ekklstoun Qran-Pri promouterləri ilə “Liberty Media” arasında ixtilafların həllində köməyini təklif edib
Bakı, 30 yanvar, AZƏRTAC
Formula 1-in keçmiş sahibi və rəhbəri Berni Ekklstoun Qran-Pri təşkilatçıları ilə “Kral yürüşlərinin” sahibi “Liberty Media” şirkəti arasında münaqişənin nizama salınmasında kömək etməyə hazır olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, Formula 1 yarışlarının 16 Qran-Pri mərhələsinin promouterləri “Liberty Media” şirkətinin iş prinsiplərini tənqid edən rəsmi bəyanat yayıblar. Onlar, həmçinin FOPA adlanan Promuterlər Assosiasiyasının ətrafında birləşiblər.
Hazırda Formul 1-in fəxri sədri olan Ekklstoun bununla əlaqədar “Daily Mail” nəşrinə müsahibəsində deyib: “İnsanlar mənim bu prosesdə iştirakımı istəyirlərsə, hər şey onların özlərindən asılıdır. Mən şirkətin əməkdaşıyam və göstərişləri yerinə yetirəcəyəm. Onların istədiyi təqdirdə kömək etməyə hazıram. Ölüm ayağında yataqda uzanan insan kimi öz yaratdığım idmanın məhv olmasına tamaşa etmək istəmirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]