EKOLOJİ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ RİAYƏT OLUNMASI YOXLANILMIŞDIR
Bakı, 14 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 239 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 102 göstəriş verilmişdir. Ümumilikdə 43 iş üzrə 46900 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 7562,54 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 57 iş üzrə 13908,22 manat məbləğində iddia qaldırılmış, ondan 3153,5 manatın ödənilməsi təmin edilmişdir. İdarə və müəssisələrə 142 iş üzrə 60918,25 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 71394,52 manatın ödənilməsi təmin olunmuşdur.
Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 26 işdən 2-nə, hüquq-mühafizə orqanlarına göndərilmiş 11 işdən 4-nə, məhkəmələrə göndərilmiş 23 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]