Ekoloji qanunvericiliyin tələblərini pozmuş şəxslər cərimələnmişlər
Bakı, 5 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti noyabrın 15-dən 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının atılması ilə bağlı bir sıra qanun pozuntuları aşkar edilmişdir. Qanunun tələblərinə əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı 167 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 59 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə 83 min 800 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 4 min 351,66 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə 29 min 396 manat məbləğində ödəmə tətbiq olunmuşdur.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına iki, icra qruplarına yeddi, məhkəmələrə isə bir iş göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]