Ekspertdən xəbərdarlıq: Allergik konyunktivit uşaqlıqdan başlayır
Bakı, 4 aprel, AZƏRTAC
Allergik konyunktivit (gözdə ağrı) uşaqlıqdan başlayır.
AZƏRTAC oftalmoloq professor Mutlu Acarın mövzu ilə bağlı araşdırmasını təqdim edir.
Allergik konyunktivit adətən uşaqlıqda başlayan və hər yaşda rast gəlinən bir göz xəstəliyidir. Ümumiyyətlə, bu hal yaz və yay aylarında uzun müddət açıq havada qaldıqdan sonra baş verir. Xüsusilə də uşaqlarda müşahidə olunur. Simptomlar qəfil başlayan qızartı, qaşınma və gözlərdə sulanma halları ilə müşahidə olunur. Adətən isə dərman tələb etmir. Soyuqdan və allergik mühitdən uzaqlaşmaq xəstəliyin müalicəsi üçün kifayətdir. Gözü qaşımaq və ovxalamaq buynuz qişanın pisləşməsinə səbəb ola bilər. Burada əsas vacib məqamlardan biri göz ağrısına məruz qalmış xəstənin diaqnozudur. Bu ağrılar coğrafi xüsusiyyətlərdən asılı olaraq da dəyişə bilər. Göz allergiyasını tamamilə yox edəcək bir müalicə yoxdur. Ən əhəmiyyətli müalicə allergiyanı aşkar edərək ondan qaçmaqdır.
Həkim məsləhəti olmadan göz damcılarından istifadə etmək olmaz. Düzgün müalicə olunmayan allergik konyunktivit buynuz qişada müəyyən problemlər yarada bilər. Buna görə də göz ağrısı keçirən bir uşaq oftalmoloq və pediatr tərəfindən birgə müalicə edilməlidir. Bu uşaqlar allergiyaya səbəb olan mühitlərdən uzaq durmalıdırlar. Müalicədən əvvəl qoruyucu tədbirlər görmək çox vacibdir.