ƏLAĞA VAHİDİN DOĞUM GÜNÜNƏ HƏSR OLUNUR
Ə.Vahidin heykəli önündə keçirilən mərasimdə Vahid Poeziya Evinin müdiri Hacı Şahin Verdiyev, şair Həkim Qəni unudulmaz şairin həyat və yaradıcılığından danışmış, xatirələrini söyləmişlər. Maştağa qəsəbəsindəki Ə.Vahid adına 293 saylı məktəbin şagirdləri onun şeirlərini bədii qiraət etmişlər. Şairlər Hacı Ələmdar Mahir, Xalidə Əfəndiyeva, Oqtay Zəngilanlı öz şeirlərini, müğənnilər xalq artisti Teymur Mustafayev, əməkdar artist Səfa Qəhrəmanov və Maya Cəbrayılova muğam üstə şairin qəzəllərini oxumuşlar. Ə.Vahidin oğlu Ramiz Vahidoğlu atasının xatirəsini əziz tutan mərasim iştirakçılarına, Vahid poeziya məclisinə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]