Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsində Təlim-Tədris Mərkəzi istifadəyə verilib

Kəngərli, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Əlahiddə Ümumqoşun Ordusu üçün yeni Təlim-Tədris Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.

Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzinin açılışını bildirən lenti kəsib.

Təlim-Tədris Mərkəzinin iclas zalında keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissənin yaradılmasının 22-ci ildönümünün Əlahiddə Ümumqoşun Ordusu üçün Kəngərli rayonunda yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi ilə qeyd edildiyini bildirib. O, hərbi hissənin yaradılmasının 22-ci ildönümü və yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun bütün şəxsi heyətini təbrik edərək deyib: Hər bir dövlətin qüdrəti onun ordusunun qüdrəti və iqtisadi gücü ilə ölçülür. Azərbaycan Milli Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ordu olmadan müstəqilliyin mümkün olmayacağını nəzərə alan böyük dövlət xadimimiz hələ ötən əsrin 70-ci illərindən Azərbaycanın gələcək müstəqilliyini düşünərək uzun müddətə hesablanmış siyasi addımlar atıb, Azərbaycanda və ondan kənarda milli hərbi kadrların yetişdirilməsinə nail olub.

Ali Məclisin Sədri deyib: Azərbaycanın müstəqilliyinin əsası ötən əsrin 90-cı illərində Ümummilli Liderimizin rəhbəri olduğu Naxçıvanda qoyulduğu kimi, milli ordu quruculuğu sahəsində ilk addımlar da həmin dövrdə Naxçıvanda atılıb. Ulu Öndərimizin bu dövrdə qəbul etdiyi taleyüklü qərarlar sayəsində muxtar respublikanın etibarlı müdafiəsi təmin olunmuş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən müvafiq dövlət qurumu yaradılmışdı. Bundan bir il sonra, 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk nizami ordu qurumlarından olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil olunmuş, bununla da milli ordu hissələrinin yaradılmasının əsası qoyulmuşdu. Ümummilli Liderimizin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələrinin yaradılması sahəsində tədbirlər davamlı xarakter alıb, ordu quruculuğu diqqət mərkəzində saxlanılıb.

Qeyd olunub ki, Ümummilli Liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ildən-ilə artırılır, güclü maddi-texniki baza yaradılır. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin də maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, əsgəri məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Son on ildə muxtar respublikada 160-dan çox hərbi obyekt tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikada ilk nizami ordu qurumu kimi yaradılan 705 saylı hərbi hissə də bu dövrdə böyük təşkilatlanma yolu keçib. Motoatıcı briqadadan ordu korpusunadək uğurlu yol keçən bu hərbi hissə torpaqlarımızın keşiyində dayanaraq ona həvalə olunmuş vəzifələri doğruldub. Burada yüksək bacarığa, hərbi vərdişlərə, vətənpərvərliyə malik əsgər və zabit heyəti yetişib. Bütün bunları nəzərə alan Prezident İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.

Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasını dövlət siyasəti kimi dəyərləndirən və bu ordunun daha da gücləndirilməsi zərurətindən danışan Prezident İlham Əliyev deyib: “Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır… Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, reallıqdır. Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük potensial yaradacağıq”. Böyük Öndərimiz də deyirdi: “İndi bizim Naxçıvanda yerləşən hərbi hissələrdə peşəkar, hərbi təhsil almış zabitlər xidmət edirlər. Biz tam əminik ki, milli ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, torpaqlarımızın etibarlı şəkildə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər”.

Ali Məclisin Sədri şəxsi heyətə bu vəzifələrin icrasında peşəkarlıq, mübarizlik arzulayıb, hərbi hissənin ildönümü münasibətilə bir daha onları təbrik edib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, bu gün ölkəmizdə ordu quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirilib, hərbi birləşmələrin komplektləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə peşəkar və güclü milli ordu yaradılıb, Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli ordusuna çevrilib. Ordu quruculuğu prosesi muxtar respublikada da sürətlə davam etdirilir. Son illər hərbi hissələrdə xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub.

Kərəm Mustafayev müasir avadanlıq, texnika və qurğularla komplektləşdirilən yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsini də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirib, muxtar respublikanın müdafiəsinin bundan sonra da etibarlı şəkildə təşkil olunacağını bildirib.

Sonra Ali Məclisin Sədri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya və Azərbaycan Ordusu qulluqçularına qiymətli hədiyyələr təqdim edib.

Mayor Ələkbər Musayev və əsgər Elməddin Axundov yaradılan yüksək xidmət şəraitinə görə şəxsi heyət adından minnətdarlıqlarını bildiriblər.

Tədbirdə hərbi hissənin keçdiyi inkişaf yolundan bəhs edən film nümayiş etdirilib.

Sonra Ali Məclisin Sədri Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində bu cür mərkəzlərin mühüm rolu vardır. Üç mərtəbədən ibarət olan binada Heydər Əliyev muzeyi, kitabxana, iclas zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, mühəndis hazırlığı və kəşfiyyat hazırlığı sinifləri, kütləvi qırğın silahlarından müdafiə sinfi, atəş hazırlığı, maket və topoqrafiya, komplektləşdirmə, komandir hazırlığı və digər sinif otaqları vardır. Otaqlarda nəzəri təlim üçün lazım olan bütün əyani vəsaitlər və məlumat stendləri qoyulub. Bütün bunlar da hərbi tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsinə, şəxsi heyətin peşəkarlığının və nəzəri biliklərinin artırılmasına, praktik vərdişlərinin möhkəmləndirilməsinə imkan verəcəkdir.

Mərkəzdə yerləşən Heydər Əliyev muzeyində Ümummilli Liderin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən müxtəlif fotostendlər asılıb, kitab, jurnal və videomateriallardan ibarət zəngin ekspozisiya yaradılıb. Həmçinin burada dahi şəxsiyyətin vaxtilə muxtar respublikada ordu quruculuğu istiqamətində qəbul etdiyi qərarların surətləri də nümayiş olunur.

Zəngin fonda malik olan kitabxanada dövrləşdirmə aparılaraq Azərbaycan və dünya ədəbiyyatı nümunələri, eləcə də ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, qəzet və jurnal materialları qoyulub. Burada şəxsi heyət üçün gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı yaradılıb.

Trenajorlar sinfində tank və digər zirehli texnikaların idarə olunması, eləcə də texniki və atış sistemləri üzrə 7 trenajor quraşdırılıb. Trenajorlar vasitəsilə tank əleyhinə idarə olunan artilleriya qurğularından istifadə qaydaları, zirehli texnikaların idarə olunması və döyüş zamanı onlardan atəş açılması üzrə təlimlərin keçirilməsi praktik olaraq öyrədiləcəkdir. Keçirilən təlimlərin sonunda qiymətləndirmə cədvəlinin çap olunması isə şəxsi heyətin bilik səviyyəsini müəyyən etməyə imkan verəcəkdir.

Artilleriyanın simulyasiya sinfində artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə dərslərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, xüsusi proqram təminatı olan 8 kompyuter dəsti və proyektor quraşdırılıb. Yaradılan virtual təlim meydançası döyüş sursatı sərf etmədən müxtəlif şəraitdə atəşin idarəolunması təlimlərini həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarının təhlil olunaraq qiymətləndirilməsi və atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür.

Baxış zamanı Ali Məclisin Sədri artilleriya bölüyünün virtual olaraq həyata keçirdiyi atəş təlimini izləyib.

Sonra Ali Məclisin Sədri hərbi hissənin əsgəri-məişət kompleksinə gəlib, şəxsi heyətlə birlikdə nahar edib.

Qıvraq qəsəbəsindəki hərbi hissədə

quruculuq işləri aparılacaqdır

Muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Qıvraq qəsəbəsindəki hərbi hissədə də kompleks tədbirlər həyata keçirilir. Artıq hərbi hissədə xidmətin təşkili üçün lazımi şərait yaradılıb.

Bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq hərbi hissədə yeni sursat anbarı inşa olunub. Həmçinin burada yeni xəstəxana və yaşayış binalarının inşası da nəzərdə tutulub.

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi hissənin silah və sursat anbarlarının perspektiv yerləşmə planı ilə tanış olub, xəstəxana və yaşayış binasının inşası üçün ayrılan əraziyə baxıb.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib

Balakəndə möhtəşəm konsert proqramı

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb