Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır
Bakı, 23 aprel, AZƏRTAC
XX əsrin ortalarından etibarən memarlıq sahəsində qadınların rolu artıb və peşəkar memarlarımızın arasında çoxlu qadın var. Memarlıq sənətində yaradıcılıq çox vaxt qadın faktoru və adı ilə bağlı olub. Elə Bakının rəmzi olan Qız qalasının adını bu kontekstdə vurğulaya bilərik. Fəxr edirəm ki, illər əvvəl inşa olunmuş möhtəşəm abidəyə belə ad verilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda keçirilən konfransda deyib.
O, həmçinin diqqətə çatdırıb ki, hazırda Memarlıq və İnşaat Universitetində təhsil alan 2000-dən çox tələbənin 70 faizini qızlar təşkil edir.
Müxbir- Günel Türksoy
Videooperator- Mirrəsul Cəfərov
Fotoqraf - İlkin Cavanşirov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:56]
Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [19:09]
XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb
- 27.09.2026 [18:46]
AQTA-nın kollektivi şəhidləri anıb
- 27.09.2026 [18:44]
Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:59]
ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib
- 27.09.2026 [17:58]