Əlcəzairdə havanın temperaturu yüksəlib: qırmızı xəbərdarlıq elan edilib
Bakı, 24 iyul, AZƏRTAC
Əlcəzairdə havanın yüksək temperaturu davam edir.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Əlcəzairdə havanın yüksək temperaturu davam edir və bəzi şəhərlərdə 48 dərəcəni keçib. Xəbərdarlıq səviyyəsi narıncıdan qırmızıya yüksəldilib. Əlcəzair Meteorologiya İdarəsinin təsnifatına görə, narıncı rəng “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini, qırmızı rəng isə müstəsna dərəcədə ağır “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini bildirir.
Əlcəzair Mülki Müdafiə İdarəsi ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, söndürmə işlərinin davam etdiyini açıqlayıb.
Təxminən bir aya yaxındır ki, ölkənin paytaxtında havanın temperaturu 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]