ƏLCƏZAİRDƏ TERRORÇULAR 10 HƏRBİ QULLUQÇUNU QƏTLƏ YETİRMİŞLƏR
Əlcəzairin təhlükəsizlik orqanına istinadla yayılmış məlumatda deyilir ki, terrorçular hərbi qulluqçulara ölkə paytaxtından 240 kilometr şərqdə yerləşən Becaiyyə bölgəsində pusqu qurmuşdular. Əsgərləri aparan yük maşını oradan keçərkən yaraqlılar onu gülləyə tutmuş və nəticədə azı 10 hərbi qulluqçu həlak olmuş, 16 nəfər isə yaralanmışdır. Yaraqlıları məhv etmək üçün bölgəyə əlavə qüvvələr göndərilmişdir.
Son vaxtlar Əlcəzairin bəzi bölgələrində tüğyan edən terror aksiyaları nəticəsində hərbi qulluqçular və dinc əhali arasında ölən və yaralananların sayı artmışdır. İndiki hadisə, ölənlərin sayına görə, ölkədə ən iri terror aktı hesab edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]