MƏDƏNİYYƏT
ELÇİNİN TÜRKİYƏDƏ YENİ KİTABI ÇAP OLUNMUŞDUR
Xalq yazıçısı Elçin Türkiyədə ən cox çap olunan, pyesləri qardaş ölkənin müxtəlif şəhərlərində səhnəyə qoyulan və ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən müasir yazıçılardan biridir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə məşhur “Ötüken” nəşriyyatı Elçinin daha bir əsərini “Bir görüşün tarixçəsi” (Gümüşü furqon) povestini “Gümüş beyazi karvan” adı altında nəfis şəkildə nəşr etmişdir.
Povesti türk dilinə Azad Ağaoğlu çevirmişdir.
“Ötüken” nəşriyyatı bundan əvvəl Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarını, “Şuşa dağlarını duman bürüdü” və “Sarı gəlin” adlı povest və hekayələr kitabını da çap etmişdir. “Gümüş beyazi karvan” Elçinin həmin nəşriyyatda işıq üzü görmüş altıncı, ümumilikdə isə, Türkiyədə nəşr olunmuş on yeddinci kitabıdır.