Eldar İbrahimov: Türkiyə parlamentinə keçirilən seçkilərdə böyük seçici fəallığı müşahidə olunur
İstanbul, 7 iyun, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə böyük seçici fəallığı müşahidə olunur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində seçkilərdə rəsmi müşahidəçi statusu ilə iştirak edən Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
Deputat bildirib ki, müşahidə apardıqları seçki məntəqələrində qanun pozuntusuna rast gəlinməyib. Siyasi partiyaları və bitərəf namizədləri təmsil edən müşahidəçilər səsvermənin azad və demokratik şəraitdə keçirildiyini söyləyiblər. Səsvermə Türkiyə qanunlarına uyğun şəkildə təşkil olunub.
Xatırladaq ki, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Nizami Cəfərova Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) xətti ilə seçkilərdə müşahidəçi qismində iştirak edirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]