Elektron Təhlükəsizlik Xidməti Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirib
Bakı, 24 iyul, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətində Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Qırğızıstanda milli CERT-in yaradılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, kibertəhlükəsizlik üzrə qurumlar arasında əməkdaşlıq sahələri, məlumat mübadiləsi və kadr potensialının artırılması imkanları müzakirə olunub.
Müzakirələrdə Dünya Bankının və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri də iştirak ediblər.
Tərəflər arasında beynəlxalq əməkdaşlığın qurulması və bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]