Elektronika məhsullarının satışı və daşınma problemləri müzakirə olunub
Bakı, 13 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika məhsullarının satışını həyata keçirən, eləcə də daşınma xidməti göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə cari ildə quruma daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Qeyd olunub ki, müraciətlərin əksəriyyəti daşıma şirkətlərinin məhsulları gec çatdırması, daşınma şərtləri və qaydaları barədə düzgün məlumat verməməsi, elektronika məhsullarının lazımi keyfiyyətdə olmaması, məhsulun dəyişdirilmə və ya geri qaytarılma qaydaları ilə bağlıdır.
Tədbirdə istehlakçı hüquqları ilə bağlı qanunvericilik, o cümlədən ticarət şəbəkələrində tətbiq olunan kampaniyalar zamanı istehlakçı hüquqlarına dair tələblər sahibkarların nəzərinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:19]
® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim
- 24.09.2026 [12:17]
“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]