Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsi böyük ədalətsizlikdir

Bakı, 14 iyun, Xalid Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 14-də ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Əli Həsənov deyib ki, 30 il bundan əvvəl dünyada qaçqınların, köçkünlərin sayı 20-25 milyon arasında idi və 30 ölkəni əhatə edirdi. Bu gün onların sayı 60 milyondan çoxdur və 74 ölkəni əhatə edir. Son 30-40 ilə nəzər salsaq görərik ki, yaranan münaqişələrdən bir neçəsi həllini tapıb, lakin onlar da tam həll olunmayıb. Münaqişələrin sayı ildən-ilə artır. Təbii ki, belə olan halda qaçqınların da sayı artır. Belə çıxır ki, böyük dövlətlər dünyanı rahat idarə etmək və öz siyasi maraqlarını təmin etmək üçün münaqişələrin yaranma mexanizmindən məharətlə istifadə edirlər. Əli Həsənov deyib: “Mən Minsk qrupunun həmsədr dövlətləri barədə mütəmadi olaraq müəyyən tənqidi fikirlər söyləyirəm. Bunun səbəbi nədir? Mən nəzəriyyəyə əsasən fikir bildirmirəm, gözümüzün qarşısında baş verənləri deyirəm. Əslində münaqişənin 200 illik tarixi var. Bu, sovet dövründə də davam edib. Bunu kulminasiya nöqtəsinə də sovet dövləti çatdırıb. Bu da 1988-ci ildə Sumqayıt hadisələri zamanı baş verdi. O vaxt mən Sumqayıtın rəhbər işçilərindən biri idim və bu proses mənim gözümün qarşısında olub”.

“Dünyada elə bir təşkilat qalmayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etməsin”, - deyən Əli Həsənov buna baxmayaraq problemin indiyədək həll edilmədiyini vurğulayıb və bunun böyük ədalətsizlik olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini ölkəmizin bütün dünyaya açıq olduğunu, qoşulduğu konvensiyalara, üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını, zəngin enerji resursları ilə Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edir. Bu mötəbər tədbirlərdən biri də hazırda keçirilən ilk Avropa Oyunlarıdır. Bəs nə üçün bizə soyuq münasibət göstərilir? Niyə bizim 1 milyondan çox insanımız 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün şəraitində yaşamalıdır? Onların hüquqları yoxdurmu? Axı onların hüquqları tapdalanır! Bizi narahat edən də budur.

Əli Həsənov qeyd edib ki, Azərbaycan və Ermənistan xalqları arasında heç bir problem olmayıb. Biz 200 il qonşuluqda yaşamışıq və yaşayacağıq da. Bu xalqlar arasında qarşılıqlı etimad olub. Nə qədər ki Ermənistanda Köçəryan-Sarkisyan rejimi var, onlar bu məsələnin sülh yolu ilə həllinə getməyəcəklər. Çünki onlar məhz bu problemin üzərində hakimiyyətə gəliblər. Hətta onlar razı olarlar ki, Azərbaycan müharibə yolu ilə öz torpaqlarını azad etsin və öz xalqına da desinlər ki, bu, bizlik olmadı, müharibə etdilər və aldılar. Nə qədər ki Ermənistan rəhbərliyi müstəqil deyil, onlardan sülh müqaviləsi gözləmək də düzgün deyil. Azərbaycan xalqı da, Ermənistan xalqı da artıq bu münaqişədən yorulub. Buradan gedən ermənilər də münaqişənin nə zaman həll ediləcəyini gözləyirlər. Azərbaycanın dünyada bugünkü mövqeyini nəzərə alıb buna son qoymaq lazımdır. Siz Ermənistanda da, Azərbaycanda da olmusunuz. Oradakı vəziyyəti də, buradakı vəziyyəti də görürsünüz. Yaxşı bizə düşmənçilik edirlər, bəs oradakı xalqın günahı nədir? Onlara niyə bu zülmü edirlər? Bu vəziyyəti oradakı rejim yaradıb. Münaqişə olmasaydı onlar Azərbaycanın həyata keçirdiyi bütün layihələrdən bəhrələnəcəkdilər. İyirmi ildən çoxdur torpaqlarımızı işğal altında saxlayıblar, bəs öz xalqına nə veriblər? Təcavüzkar Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb, əksinə çox şey itirib. Bu müddətdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Bu sualı Serj Sarkisyana şəxsən vermək lazımdır: Sən 20 ildə xalqına nə vermisən? Hansı şəraiti yaratmısan? Niyə öz xalqına zülm edirsən? Onlar gəlsinlər buraya da baxsınlar, gedib özlərinə də baxsınlar.

Bildirilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllini istəyir, müharibənin baş verməsini deyil. Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməyə imkan verir. Əgər münaqişənin sülh yolu ilə həlli üçün heç kim heç nə etmirsə, Azərbaycan bu hüququndan da istifadə edə bilər. Ancaq Azərbaycan xalqı müharibə istəmir. Əli Həsənov vurğulayıb ki, bugünkü dünyanın əsas problemi düz sözün deyilə bilməməsi, ədalətsizliyin mövcud olmasıdır.

Baş nazirin müavini deyib ki, artıq bir neçə ildir Azərbaycan Prezidenti 5 strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır: BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində təmiz, şəffaf, korrupsiyasız işləməklə nümunə göstərə bildik. Çünki o illərdə bu sahədə yığılıb qalan problemlər həddindən artıq çox idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar barədə qonaqlara ətraflı məlumat verən Əli Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Onlar üçün 90 qəsəbə salınıb və indiyədək həmin qəsəbələrə 240 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. Son 5-6 ildir Azərbaycan dövləti hər il qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf edir. Son 20 ildə onların sosial problemlərinin həlli məqsədilə 6 milyard dollar vəsait sərf olunub. Bu gün dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Ona görə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı öz İcraiyyə Komitəsinə üzv seçib və biz onun bütün sessiyalarında səsvermə yolu ilə iştirak edirik. Ali komissar Antonio Quterreş bütün tədbirlərdə Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlər üçün gördüyü işləri dünyaya nümunə kimi göstərir.

Qayıdış prosesində rahatlığın təmin olunması üçün köçkünlərin təmas xəttinə yaxın ərazilərdə məskunlaşdırılması və xüsusən yeni nəslin doğma torpaqlara qayıtması məsələsindən danışan Əli Həsənov Azərbaycan dövləti tərəfindən böyük qayıdış proqramının hazırlandığını və orada bütün bu məsələlərin əksini tapdığını qeyd edib.

Rusiyalı həmsədr İqor Popov səfər zamanı məcburi köçkünlərlə görüşdüklərini, söhbət etdiklərini, onların həyat şəraiti ilə tanış olduqlarını bildirib.

Amerikalı həmsədr Ceyms Uorlik məcburi köçkünlərə yaxşı şəraitin yaradıldığına görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Masazırda məcburi köçkünlərlə görüşdə bunun şahidi olduqlarını bildirib. “Biz məcburi köçkünlərə söz verdik ki, vasitəçi kimi münaqişənin həlli istiqamətində fəaliyyətimizdə əzmkarlıq göstərərək onların doğma torpaqlarına qayıtmaları üçün yardım edəcəyik, bölgədə xalqları qane edən böyük sülh sazişinə nail olacağıq. İnanırıq ki, məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaqlar”, - deyə C.Uorlik əlavə edib.

Fransalı həmsədr də məcburi köçkünlərlə görüşün onlarda yaratdığı təəssürat barədə danışıb.

Görüşün sonunda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.

Qeyd edək ki, görüşdən əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olublar. Ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var.

Qonaqlar Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə də tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıblar. Onlar, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olublar.

Qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də yaxından maraqlanıblar. Zəngilandan olan məcburi köçkün Nurəddin Həsənovun mənzilində çay süfrəsi ətrafında söhbət zamanı bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm olaraq diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib