“ƏLİ VƏ NİNO” TAMAŞASI OKTYABRDA TƏQDİM EDİLƏCƏKDİR
Teatr Xadimləri İttifaqından bildiriblər ki, layihə çərçivəsində həyata keçirilən ilk iş müəllifi hələ də mübahisəli olan “Əli və Nino” romanın səhnələşdirilməsi və yeni səhnə əsərinin tamaşaçılara təqdim edilməsidir.
Artıq bu sahədə müəyyən işlər görülüb. Əsər İmaməddin Həsənov, Elvin Mirzəyev və Fuad İbrahimbəyov tərəfindən səhnələşdirilmişdir. İ.Həsənovun və E.Mirzəyevin rejissorluğu ilə tamaşa üzərində məşqlərə başlanılmışdır. Əsərdəki əsas rollarda Bakıdakı teatrlarımızda çalışan istedadlı gənclərlə yanaşı, xalq artisti Fuad Poladov, əməkdar artist Ayşad Məmmədov, Ömür Nağıyev kimi tanınmış aktyorlar da məşq edirlər.
İki gəncin pak məhəbbətindən danışılan tamaşanın oktyabrın ikinci yarısında Aktyorlar evinin səhnəsində təqdim olunması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]