Əlibaba Bayramov: 33 saylı Xətai birinci seçki dairəsində seçkilər şəffaf şəkildə davam edir
Bakı, 11 aprel, AZƏRTAC
33 saylı Xətai birinci seçki dairəsinin seçki məntəqələrində səsvermə yüksək fəallıqla davam edir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Əlibaba Bayramov seçki dairəsində olan 39 seçki məntəqəsinin bütün zəruri texniki avadanlıqla təmin edildiyini bildirib. Qeyd edib ki, məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. İndiyədək dairə üzrə 718 yerli müşahidəçi qeydə alınıb. Həmçinin ikisi ATƏT-i təmsil etməklə üç xarici müşahidəçi qeydiyyatdan keçib. Seçki dairəsinin 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə seçki komissiyasında 47 min 593 seçici qeydiyyatdadır. Onlardan 403-ü ilk dəfə səs verən gənclərdir. Ən yaşlı seçicinin 108 yaşı var.
Ə.Bayramov deyib ki, saat 15-ə olan məlumata görə, 26 min 352 seçici səsvermə hüququndan istifadə edib. Bu da dairə üzrə seçicilərin 54,3 faizini təşkil edir.
Məntəqə seçki komissiyalarında beynəlxalq və yerli müşahidəçilər seçki prosesinin gedişini izləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]