Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Nəsirov: Son altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib

Elman Nəsirov: Son altı ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib

Bakı, 19 iyul, AZƏRTAC

Bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev 6 ayın yekunlarını müsbət qiymətləndirdi, ölkə həyatının bütün istiqamətləri üzrə inkişaf dinamikasının əldə edildiyini vurğuladı. Məsələyə bu xüsusda yanaşdıqda xarici siyasət sahəsində əldə edilmiş uğurlar daha böyük miqyası ilə seçilib. Bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində öz təsdiqini tapıb. “Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır”, - deyən Prezident İlham Əliyev, əslində, sadalanan addımlar fonunda bu Hərəkatın gələcəkdə beynəlxalq təşkilata çevrilməsinin mümkünlüyünün anonsunu vermiş oldu. Bu reallığın formalaşmasında Azərbaycanın sədr dövlət olaraq oynadığı rola toxunan dövlətimizin başçısı, xüsusi olaraq qeyd etdi ki, COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsində, bu kontekstdə ehtiyacı olan 80-dən artıq üzv ölkələrə iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsində ölkəmizin xidmətləri kifayət qədər böyükdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Prezidentin anonsunu verdiyi enerji təhlükəsizliyi ilə bağlı müvafiq sənəd-Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu iyulun 18-də Bakı şəhərində imzalandı. “Bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var” , - deyən Prezident İlham Əliyev imzalanmış yeni sənədin əhəmiyyətinə toxunaraq vurğuladı ki, bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə öz növbəsində Anlaşma Memorandumunun xüsusi əhəmiyyət kəsb etdiyinə diqqəti cəlb edərək bildirdi: “Biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.

Elman Nəsirovun sözlərinə görə, Azərbaycan Prezidentinin yaxın tərəfdaş olaraq qeyd etdiyi beynəlxalq təşkilatlar sırasında Türk Dövlətləri Təşkilatının adının da xüsusi qeyd edilməsinin ciddi əsasları var. Əvvəla, bu qurumun yaranması və inkişafında Azərbaycan müstəsna rola malikdir. İkincisi, bu təşkilatın üzv dövlətləri ilə Azərbaycanı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti ilə cari ildə 3 dəfə görüşüb, apreldə Qırğızıstan Prezidentinin Azərbaycana, iyunda isə dövlətimizin başçısının Özbəkistana və Türkmənistana səfərləri olub. Sadalanan səfərlərin sayı və qarşılıqlı təmasların intensivliyinin özü bir göstəricidir. Həqiqətən də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən varislik prinsipinə sadiqlik, kreativlik və innovativ yanaşmalar hesabına uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyasında mahir diplomat, Müzəffər Ali Baş Komandan və nəhəng siyasi lider kimi tanınır. Cari ilin 6 ayının xarici siyasət yekunları da yuxarıda səslənən fikirlərin həqiqiliyini tam təsdiqləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb

Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib

Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb

® “Azercell”in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir - ŞƏRH

İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

® ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır

Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Monako” Poqba ilə yollarını ayırıb

Ekspert: Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır

Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb

Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

Türkiyə diasporu ABŞ Konqresindən F-35 sanksiyalarının aradan qaldırılmasını istəyib

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir? - Ali Məhkəmədən izah

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Cahangir Həsənzadə: Rəqib təcrübəlidir, amma "Sabah" səfərdən ən azı heç-heçə ilə qayıda bilər

Bu saata olan əsas xəbərlər

ASAN könüllülərinin “Bilik karvanı” aksiyası davam edir

Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

Ufa şəhərinə PUA hücumu nəticəsində Hindistandan olan tələbə xəsarət alıb

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

İran iki fransız diplomatı “persona non grata” elan edib