ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
“XXI əsrin muzey işi və müzeyşünaslıq problemləri” mövzusuna həsr edilmiş konfransın açılışında muzeyin direktoru İsrafil İsrafilov və mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva müasir dövrümüzdə muzeylərin rolundan və onların qarşısında duran vəzifələrdən danışmışlar.
Mədəniyyət Nazirliyinin və muzeyin birgə təşkilatçılığı ilə keçirilən konfransda sənətşünaslıq doktorları - Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu direktorunun müavini Ertəkin Salamzadə, institutun aparıcı elmi işçisi Səlimə Həsənzadə, habelə İncəsənət muzeyinin baş mühafizi Nailə Rəhimova və başqaları məruzə etmişlər.
Məruzələrdə muzeylərin fəaliyyəti, bugünkü vəziyyəti ilə bağlı məsələlər, muzeyşünaslığın problemləri ətraflı müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]