Elmira Süleymanova: Səsvermə tam şəffaf keçirilir
Bakı, 11 aprel, AZƏRTAC
Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesi tam şəffaf keçirilir. Bakının əksər rayonlarındakı seçki məntəqələrində olmuşam. Bu gün səhər səsvermə başlamamışdan əvvəl məntəqəyə yaxınlaşanda təəccübləndim. Məntəqənin qarşısında 10-dan çox seçici var idi. Bu da seçici fəallığından xəbər verir.
Bu fikirləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova AZƏRTAC-a müsahibəsində deyib.
Ombudsman bildirib ki, ölkədəki hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir. O deyib: “Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər. Onlar da prosesdən razıdırlar. Seçki məntəqələrində olarkən beynəlxalq müşahidəçilər seçicilərin nizamlı-intizamlı olduqlarını qeyd ediblər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]